İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Hebdon Bridge Times" saytına istinadən verdiyi xəbərə görə Erik Brou (Eric Broug) – İslami Dizayn mütəxəssisi, özünün ikinci kitabını "İslami həndəsi dizayn" ilə İngiltərədə nəşr etdirdi. Onun birinci kitabı "İslami Heykəltaraşlıq İncəsənəti" adı ilə çap edilmiş və uğur qazanmışdı. O, bu kitabda İslami Heykəltaraşlıq incəsənətinə aid 800-dən çox şəkil toplamışdı.
İkinci kitabda - (İslami həndəsi dizayn) – isə özünün həndəsi dizaynlarını, məscid şəkilləri, İslami mədrəsələr, saraylar, türbə və məqbərələr haqqında yazmış və bu mövzulara aid şəkilləri toplamışdır. Şəkillər Şimali Afrikadan tutmuş İran və Özbəkistana qədər bütün İslam dünyasını əhatə edir. Bu kitabda 8-ci əsrdən 19-cu əsrədək bütün İslami Həndəsi memarlıq əsərləri özünə yer almışdır.
Erik Brou (Eric Broug) əslən Hollandiyadandır və İngiltərənin "Helifks" şəhərinin sakinidir. O, iyirmi il öncə Amsterdamda təhsil alarkən İslami memarlıq, incəsənət və həndəsi ülgülərə maraqlanmışdı. O öz kitabı haqqında deyir: Bu kitab "İslami Həndəsi Dizayn və Memarlıq" haqqında ilk tamamrəngli kitabdır. Və mən də ilk dəfər olaraq bu şəkilləri onların tarixi və zahiri xüsusiyyətlərinə görə təhlil və izah etmişəm.
Onun birinci kitabı - "İslami Heykəltaraşlıq İncəsənəti" – Holland, Fars və Türk dillərinə tərcümə olunmuşdur.
1309069